Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ülvilik, zəriflik və gözəllik rəmzi-qadın“ adlı  söhbət  keçirilib

06.03.2022

05.03.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə  “Ülvilik, zəriflik və gözəllik rəmzi-qadın“ adlı  söhbət  keçirdi.
Tədbiri filialın böyük kitabxanaçısı Elyanora Adıgözəlova açaraq 8 mart Beynəlxalq qadınlar gününün tarixi haqqında geniş məlumat verdi.  
Sonra isə  Gəncə Dövlət Rəsm Qalereyasının baxıcısı Şəbnəm Rzayeva çıxış edərək bildirdi ki,   Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. 
Daha sonra isə Azərbaycan Texnologiya Universitetinin 4 cü kurs tələbələri Murad Abbasov və  Səmayə Cəfərova da  Qadınları təbrik etdi və bu mövzuda  öz fikirlərini bildirdilər. 

 Tədbirdə  Azərbaycan Texnologiya Universitetinin  müəllim və tələbə kollektivi  iştirak etdi.

 

129.9 KB

 

199.8 KB

 

180.2 KB